Qarabağda 167 müxtəlif növ faydalı qazıntı yataqları var - Hesabat

15:01 - 9.03.2021


9 mart, Fineko/abc.az. İşğaldan azad edilmiş ərazilərdə geniş sənaye xammalı potensialı mövcuddur.

ABC.AZ-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, bu ərazilər özünəməxsus geoloji quruluşu, filizsaxlayan kompleksləri, geoloji tektonik inkişaf şəraiti, metallogenik xüsusiyyətləri və bunlarla əlaqadar müxtəlif formasiyalarda təşəkkül tapmış bir çox filiz və qeyri-filiz faydalı qazıntı yataqlarına malikdir. Hesabata əsasən, bu bölgədə ehtiyatları təsdiq olunmuş 167 müxtəlif növ faydalı qazıntı yataqları, yeraltı şirin su və mineral su ehtiyatları aşkarlanıb.