16:25 - 24.02.2021
24 fevral, Fineko/abc.az. Bakı-Tiflis-Qars dəmir yolu ilə Türkiyədən Azərbaycana ilk daşıma qatarı yola düşəcək.
"ADY Konteyner" şirkətindən ABC.AZ-a verilən məlumata görə, "TürküAz Express" adlanan blok qatarı ilə Türkiyədən Azərbaycana müxtəlif yüklərin gətirilməsi mümkün olacaq.
Sözügedən qatarın Azərbaycana həftədə iki dəfə gəlməsi nəzərdə tutulur. 4-cü gün İstanbul-Bakı, 6-cı gün isə Mersin-Bakı qatarı yola düşəcək. Hər iki qatar Türkiyədən Bakıya 6 günə çatacaq.
Qatarlar yüksləri Abşeron Logistik Mərkəzinə çatdıracaqlar.
17 Avqust 2026
15 Avqust 2026