10:16 - 23.02.2021
23 fevral, Fineko/abc.az. Lənkəranda gecə saat 12-dən sonra fəaliyyət göstərən obyektlər müəyyən edilib.
DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, rayonun Digah kəndində yerləşən “Zəm-Zəm” çay evinin karantin rejimi qaydalarına zidd olaraq qəlyan xidməti göstərdiyi, Vilvan kəndində yerləşən digər bir çay evinin isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.
Həmin obyektlərlə bağlı 3 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.
27 İyul 2026