17:06 - 1.03.2018
1 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirilməsi haqqında elan edib.
AMB-dan verilən məlumata görə, hərrac bazar ertəsi, 5 mart 2018-ci il tarixində keçiriləcək.
“Hərrac vasitəsi ilə, 8,01%-12,99% dərəcəsi ilə 250 milyon manata qədər vəsaitin cəlb edilməsi planlaşdırılır. Vəsaitlərin cəlb edilməsi müddəti 14 gündür”, - məlumatda belə deyilir.
AMB-in depozit hərracı “Bloomberg” ticarət platformasında keçirilir. Hərraclar 2016-cı ilin 13 iyun tarixindən keçirilir.