Gürcüstan Azərbaycandan təbii qaz idxalını azaldıb

12:32 - 19.02.2021


19 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayı ərzində Gürcüstan Azərbaycandan 32 milyon 562,2 min ABŞ dolları dəyərində təbii qaz idxal edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal edilən qazın dəyəri 14 milyon 240,5 min dollar və ya 30,4% azalıb.

2020-ci ilin yanvarında Gürcüstan Azərbaycandan 46 milyon 802,7 min dollar dəyərində təbii qaz idxal etmişdi.