15:38 - 17.02.2021
17 fevral, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) növbəti “KOB Dostu” ofisi Göyçay rayonunda fəaliyyətə başlayıb.
KOBİA-dan ABC.AZ-a verilən məlumata görə, bugündən etibarən Göyçay və ətraf bölgələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri və öz biznesini qurmaq istəyən potensial sahibkarlar biznes fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün Göyçay “KOB Dostu”na müraciət edə bilərlər.
Qeyd edək ki, Göyçaydakı ofis KOBİA-nın sayca 24-cü “KOB Dostu” ofisidir.
14 Avqust 2026
14 Avqust 2026