Azərbaycan bu göstəriciyə görə yalnız Qətərdən geri qalır – Fitch

10:54 - 16.02.2021


16 fevral, Fineko/abc.az. 2020-ci ilin əvvəlində təbii qaz hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın təbii qaz ehtiyatları ölkəyə hələ 120 ilə yaxın bəs edəcək.

ABC.AZ APA-ya istinadən xəbər verir ki, bu, "Fitch Ratings" və BP-nin birgə apardığı hesablamaların nəticəsində məlum olub.

Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünya lider ölkələrdən biridir və yalnız Qətərdən geri qalır.

"Fitch"ə görə, 2019-cu ildə ölkənin qaz ehtiyatlarının həcmi qlobal ehtiyatların 0,8%-ni təşkil edib. Hasilatı nəzərə alaraq,

Qazaxıstan da qaz ehtiyatlarına görə Azərbaycanla təxminən eyni səviyyədədir.