11:15 - 15.02.2021
15 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24 milyard 201,1 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ-ın məlumatına görə, ticarət dövriyyəsinin 13 milyard 470,4 milyon dollarını və ya 55,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 10 milyard 730,7 milyon dollarını (44,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2 milyard 739,7 milyon dollar məbləğində müsbət saldo yaranıb.
Qeyd edək ki, ötən il 2019-cu illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə 21,9 faiz, o cümlədən idxal 36,0 faiz, ixrac isə 12,0 faiz azalıb.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026