Azərbaycanda ÜDM 4,3 faiz azalıb - Mikayıl Cabbarov

11:49 - 12.02.2021


12 fevral, Fineko/abc.az. Ötən il ərzində sahibkarlara 358 milyon manat dəstək göstərilib.

ABC.AZ xəbər verir ki, bu barədə “Postpandemiya dövründə vergi sistemi” mövzusunda keçirilən videokonfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, bununla yanaşı sözügedən təbəqəyə 115 milyon manatlıq güzəştli kreditlər də verilib.

"Ötən il pandemiya şəraitində bütün dünyada bəzi itkilər olub. Azərbaycanda bu itkilərin qarşısını almaq, ciddi itkilərə yol verməmək üçün hökumət milli iqtisadiyyata və sahibkarlıq subyektlərinə yardımlar göstərilib. Müddətli vergi güzəştləri və digər mexanizmlər işə salınıb. Pandemiya bütün dünyada iqtisadi geriləməyə səbəb olub və onun təsirindən Azərbaycanda ÜDM 4,3 faiz azalıb" deyə M. Cabbarov qeyd edib.

Müəllif: Elmir Murad