Azərbaycanda banan bahalaşdı - 2.50 qəpik oldu

11:02 - 12.02.2021


12 fevral, Fineko/abc.az. Azərbaycanda bananın qiyməti bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, əvvəllər 18 kiloqramlıq 1 yeşik bananın qiymətini 33 manat idisə, artıq 38 manata satılır.

Belə ki, sahibkarlar bananan yeşiyinin qiymətini 5 manat artırıblar.

Nəticədə, pərakəndə satışda 1 kiloqram bananın satış qiyməti 2.20 manatdan 2.50 manata qalxıb.