11:32 - 1.03.2018
1 mart, Fineko/abc.az. Azərbaycan prezidenti Azərbaycan ilə Moldova arasında hərbi əməkdaşlıq haqqında hökumətlərarası sazişi təsdiq edib.
Fərman, martın 1-də Azərbaycan prezidentinin saytında dərc olunub.
Fərmana əsasən, Azərbaycanın Müdafiə Nazirliyinə, Sazişin müddəalarının yerinə yetirilməsi həvalə olunub.
Saziş 2017-ci ildə imzalanmışdır.