10:16 - 11.02.2021
11 fevral, Fineko/abc.az. Ötən günkü atlamadan sonra, neftin etalon markaların qiymətləri cümə axşamı günü ticarətində azalır.
ABŞ-ın Energetika Nazirliyinin məlumatları ölkədə neft ehtiyatlarının mart ayından etibarən minimum səviyyəyə endirildiyini göstərdi. Ötən həftə ABŞ-da neft ehtiyatları 6,6 mln. barrel azalıb.
Saat 9:33-də London ICE Futures birjasında keçirilən ticarətdə Brentin aprel fyuçersinin qiyməti barrel başına $0,32 (0,52%), $61,15-a düşdü. 10 fevral ticarət nəticələrinə görə, Brentin aprel fyuçersi $0,38 (0,62%) – bir barelə $61,47 səviyyəsinə yüksəldi.
Saat 9:33-də Nyu-York əmtəə birjasında (NYMEX) baş tutan ticarətdə WTI-nin mart fyuçersinin qiyməti $0,32 (0,55%) – barrel başına $58,36-a qədər azalıb. Fevralın 10-da baş tutan ticarətin nəticələrinə görə WTI-nin mart fyuçersi $0,32 (0,55%) – bir barelə $58,68-ə yüksəldi.
Citigroup ekspertləri 2021-ci ilin sonuna qədər Brent-in qiymətinin bir barelə 70 dollara qalxacağını gözləyirlər, çünki mövcud OPEC+ razılaşması təklifi məhdudlaşdırır və tələb gözləniləndən daha sürətli artır.
17 Avqust 2026
15 Avqust 2026