Brent neftinin qiyməti barədə yeni proqnoz – Cüzi bahalaşacaq

12:19 - 10.02.2021


10 fevral, Fineko/abc.az. ABŞ neft qiymətlərinə dair proqnozunu dəyişib.

ABC.AZ xəbər verir ki, Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyası cari ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 53,20 dollar olacağı barədə proqnoz verib.

Müqayisə üçün qeyd edək ki, ötən aykı proqnoz isə 52,70 dollar/barrel civarında idi.

Administrasiya bildirib ki, ilin birinci yarısında “Brent”in orta qiyməti 54,47 dollar/barrel, ikinci yarımildə isə 52 dollar/barrel olacaq.

Gələn il “Brent” neftinin orta qiyməti 55,19 dollar/barrel təşkil edəcək. Əvvəlki proqnoz 53,44 dollar/barrel idi.