Nazir TAP-ın icraçı direktoru ilə görüşüb – Nələr müzakirə olunub?

10:34 - 10.02.2021


10 fevral, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov Trans-Adriatik Qaz Boru Kəmərinin operatoru olan TAP AG şirkətinin icraçı direktoru Luca Schieppati ilə videokonfrans formatında görüş keçirib.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə TAP layihəsi üzrə işlərin planlaşdırılan vaxtda yekunlaşması yüksək qiymətləndirilib və kəmərin kommersiya fəaliyyətinə başlamasının “Cənub Qaz Dəhlizi”nin tam istismara verilməsində mühüm addım olduğu bildirilib.

Layihənin, həmçinin Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıdığı, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin etdiyi, enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynadığı vurğulanıb.