11:30 - 9.02.2021
9 fevral, Fineko/abc.az. Amerikanın əmək bazarına dair fundamental göstəricilərin proqnozlaşdırılandan zəif açıqlanması fonunda dolların digər aparıcı valyutalara nisbətən orta qiymətində başlayan ucuzlaşma davam edir.
ABC.AZ-ın məlumatına görə, analitiklər dollar indeksinin təqribən son bir ayın orta qiymətlərinə kimi gerilədiyini və geriləmənin müsbət fundamental siqnallar gələnə kimi davam edəcəyini proqnozlaşdırır.
Onların fikrincə, bu, özünü EUR/USD məzənnəsinin 1.21$-a kimi bahalaşmada göstərməklə yanaşı, GBP/USD məzənnəsi son iki il yarımın maksimum səviyyəsinə yüksəlib.
Burada isə əsas hərəkətverici qüvvə enerji birjalarında neft qiymətlərinin dəyər qazanmasıdır. Avropanın Brent neftinin bir barel qiyməti hazırda 61$-a təklif edilir və trend 64$-a kimi davam edə bilər.
17 Avqust 2026
15 Avqust 2026