Nazirlik “ASAN xidmət” mərkəzi xətti ilə bu qədər icazə verib – Hesabat

14:29 - 8.02.2021


8 fevral, Fineko/abc.az. 2020-ci ildə Energetika Nazirliyi “ASAN xidmət” mərkəzi ilə 1126 icazə verib.

ABC.AZ Nazirliyə istinadən xəbər verir ki, 2020-ci ildə nazirlik tərəfindən 1126 icazə verilib ki, onlardan 899-u Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən həyata keçirilib.

SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernizasiya və yenidənqurma layihəsi çərçivəsində aparılan təmir və tikinti işləri üçün ölkəyə gətirilən avadanlıqların və materialların gömrük idxal rüsumuna cəlb olunmaması məqsədilə ötən il ərzində 138 təsdiqedici sənəd verilib.

Müəllif: Elmir Murad