14:19 - 8.02.2021
8 fevral, Fineko/abc.az. Bu ilin sonuna Şimali Makedoniya Neqotinodan Gevgeliyədək uzunluğu 68 km olacaq qaz boru kəmərinin tikintisi üçün tender keçirəcək.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Şimali Makedoniyanın nəqliyyat naziri Blaqoy Boşvarski bildirib.
Məlumata görə, yeni qaz kəmərinin tikintisi ölkəyə Yunanıstanın qaz şəbəkəsinə və bu səbəbdən Trans-Adriatik Boru Kəmərinə (TAP) çıxışını təmin etməyə imkan yaradacaq.
Nazirin sözlərinə görə, sözügedən qaz xəttinin tikintisi üçün icazənin bu ilin ortalarınadək veriləcəyi gözlənilir.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026