10:22 - 8.02.2021
8 fevral, Fineko/abc.az. Ötən həftəni bir ildən çox yüksək səviyyədə başa vurmuş neftin qiyməti bazar ertəsi günü yüksəlməkdə davam edir.
Saat 9:41-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent-in aprel fyuçersinin qiyməti bir barel başına $0,62 (1,04%), 59,96-ə yüksəldi. Fevralın 5 – də hərracların nəticələrinə görə, aprel ayına olan Brent fyuçersləri $0,50 (0,9%) - bir barel üçün $59,34 qiymətinə yüksəlib.
Saat 9:41-də Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətdə WTI-nin mart ayına olan fyuçersinin qiyməti 0,63 (1,11%) - barrel başına $57,48-ə yüksəldi. Fevralın 5-də hərracların nəticələrinə görə WTI-nin mart ayına fyuçersi $0,62 (1,1%) – bir barel üçün $56,85-ə yüksəldi.
Ötən həftə Brent markalı neftin qiyməti 7,8%, WTI - 8,9% bahalaşıb.
12 Avqust 2026