17:21 - 5.02.2021
5 fevral, Fineko/abc.az. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) baş direktoru vəzifəsinə təyinat olub.
ABC.AZ xəbər verir ki, Əbülfəz Babayev ABŞ Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, eləcə də Azərbaycan Mühəndislər Akademiyasının həqiqi üzvüdür.
Alim 329 elmi əsər, 105 elmi ixtira və patent, 10 dərslik, 8 metodik vəsait və 2 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 6 fəlsəfə doktoru, 1 elmlər doktoru dissertasiyası yerinə yetirilib.