10:22 - 5.02.2021
5 fevral, Fineko/abc.az. Rosselxoznadzor fevralın 8-dən etibarən Azərbaycanın 28 müəssisəsindən Rusiyaya alma tədarükünə qoyulan məhdudiyyətləri ləğv edib.
ABC.AZ xəbər verir ki, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu şirkətlərin almalarında hazırda soyuducuda saxlanılan və Rusiyaya göndərilə bilən karantin obyektlərinin olmaması barədə verdiyi məlumatların təhlili əsasında qəbul edilib.
Almalar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə və Rusiya ərazisinə daxil olarkən gücləndirilmiş laboratoriya nəzarəti rejimində idxal ediləcək.
8 Avqust 2026
8 Avqust 2026