Azərbaycanda sürücülər ayda yanacağa nə qədər pul xərcləyir? - Sorğu

17:03 - 4.02.2021


4 fevral, Fineko /abc.az. Xəbər verdiyimiz kimi Media Təhlil Mərkəzinin (MTM) ötən ay sürücülər arasında sorğu keçirib.

ABC.AZ xəbər verir ki, sorğuda iştirak edənlərin 43,9%-i aylıq yanacaq xərclərinin 100-200 manat, 25%-i 100 manat, 21,1%-i 200 manatdan 300 manatadək, 10%-i 300 manatdan çox olduğunu deyib.

Sorğuda 725 respondent iştirak edib, onların 86,8%-i kişilər, 13,2%-i qadınlar olub.

Qeyd edək ki, hazırda Azərbaycanda yalnız AI-92 markalı benzin və dizel yanacağı istehsal olunur. AI-95 və AI-98 markalı benzin isə ölkəyə idxal edilir.

Müəllif: Elmir Murad