11:04 - 4.02.2021
4 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ölkədə tədrisin mərhələli şəkildə bərpasına başlanılıb.
ABC.AZ-ın məlumatına görə, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.
2021-ci il 15 fevral tarixindən məktəbəqədər təhsil müəssisələrində, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla ənənəvi formada bərpa olunacaq.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026