10:29 - 4.02.2021
4 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “BP-Azərbaycan”ın “Biznes əməliyyatları 2020” hesabatın açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, ötən ilin sonunda Azəri-Çıraq Günəşlidə ümumilikdə 127 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. 2020-ci ildə AÇG-də 11 neft hasilat və 2 suvurma quyusu qazılıb.
2020-ci il ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Müəllif: Elmir Murad
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026