İnstagramda yeni funksiyalar – Siyahı

10:32 - 3.02.2021


3 fevral, Fineko/abc.az. İnstaqram sosial şəbəkəsində silinmiş paylaşımları bərpa etmək mümkün olacaq.

ABC.AZ xəbər verir ki, bununla yanaşı, xidmət gün ərzində silinmiş hekayələrin bərpa oluna biləcəyini, bütün digər paylaşımların 30 günə qədər saxlanılacağını bildirib.

Bundan əlavə, sosial şəbəkə istifadəçilərini qorumaq məqsədilə hakerlərə hesabları qırmağa və paylaşımları silməyə imkan verməmək üçün əlavə tədbirlər görüb.