Neft qiymətləri artmaqda davam edir, Brentin bir bareli $57,66-dir

10:13 - 3.02.2021


3 fevral, Fineko/abc.az. Neft qiymətləri bazar ertəsi günki sıçrayışdan sonra çərşənbə günü keçirilmiş ticarətdə artmaqda davam edir.

Amerika neft institutunun hesabatına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 4,26 milyon barel düşmüş, ondan  bir həftə əvvəl  5,27 milyon barel azalıb. Azalma ikinci həftə ardıcıl olaraq qeyd edildi.

9:35-də London ICE Futures birjasında keçirilən ticarətdə, Brent-in aprel  fyuçersinin qiyməti barrel başına $0,20 (0,35%) - $57,66-a yüksəldi. Fevralın 2-də keçirilmiş   ticarətin nəticələrinə görə, Brentin aprel ayına olan fyuçers  qiyməti 1,11 (1,97%) – bir barel üçün $57,46-a yüksəldi.

9:35-də Nyu-York əmtəə birjasında (NYMEX) WTİ-nin mart fyuçersində neftin qiyməti 0,17 (0,31%) – bir barel üçün 54,93 dollara yüksəldi. Fevralın 2-də hərracların nəticələrinə görə, WTİ-nin mart ayına fyuçersi 1,21 (2,26%) – bir barel üçün 54,76 dollara yüksəldi.

Bu gün OPEC+ (JMMC) Monitorinq Komitəsinin nazirləri bazarın vəziyyətini və əməliyyatın icrasını müzakirə etmək üçün  iclas keçirəcəklər.