AzerGold dövlət büdcəsinə bu qədər vəsait ödəyib - Hesabat

12:04 - 2.02.2021


2 fevral, Fineko/abc.az. "AzerGold" QSC tərəfindən 2020-ci ildə dövlət büdcəsinə ümumilikdə 12,9 mln. manat vəsait ödənilib.

ABC.AZ-ın məlumatına görə, bu vəsaitin 10,7 mln. manatı vergi, 2,2 mln. manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib.

Bu barədə bu gün keçirilən onlayn mətbuat konfransında məlumat verilib. Qeyd olunub ki, 2019-cu ildə bu məbləğ 12,2 mln. manat olub, 2020-ci ilin büdcə ödənişləri 2019-cu illə müqayisədə 0,7 mln. manat, yəni 6% artıqdır.

"Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə 40,8 mln. manat həcmində vergi və sosial köçürmələrin ödənişi təmin edilib" deyə mətbuat konfransında vurğulanıb.