Heydər Əliyev adına Neft Emalı Zavodunda işlər hansı mərhələdədir? - Açıqlama

14:27 - 1.02.2021


1 fevral, Fineko/abc.az. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.

SOCAR-dan ABC.AZ-a verilən məlumata görə, SOCAR-ın Heydər Əliyev adına NEZ-in modernizasiyası çərçivəsində indiyə qədər 1 471 000 kubmetr həcmində sahədə hazırlıq (qazma, yenidən doldurma) işləri, 124 000 ton betontökmə, 21 000 ton metalkonstruksiya işləri görülüb; 526 000 diametr-düym boru qaynaq olunub; 445 000 km kabel xətti çəkilib; 458 avadanlıq quraşdırılıb; ümumilikdə indiyə qədər 23 mln. adam-saat iş görülüb.

Bu, yeni tikilmiş “SOCAR Polymer” kompleksi və ya Karbamid zavodunun inşasına sərf edilmiş iş həcmindən çoxdur və NEZ-in modernizasiyasının miqyasının nəhəngliyini göstərir.