16:52 - 29.01.2021
29 yanvar, Fineko/abc.az. Çexiya Respublikasının Cənubi Çexiya (Jihocesky) və İtaliya Respublikasının Emiliya-Romanya (Emilia-Romagna) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Belçika Krallığının Antverp (Antwerp) inzibati ərazi vahidində blutanq xəstəliyi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, bununla əlaqədar olaraq, Belçikadan bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, Çexiyanın inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Belçika Krallığından, Çexiya və İtaliya respublikalarından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026