11:38 - 25.01.2021
25 yanvar, Fineko/abc.az. "Azərpoçt" MMC bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, qurum 3 ədəd Pikap tipli nəqliyyat vasitələrinin alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.
Açıq tenderin qalibi "DİAMOND MOTORS" MMC olub.
"Azərpoçt" qalib şirkətə 156 min manat ödəyəcək.
8 Avqust 2026
8 Avqust 2026