10:23 - 22.01.2021
22 yanvar, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üçün açıq tender elan edib.
ABC.AZ-ın məlumatına görə, tenderdə iştirak haqqı 200 manatdır.
İddiaçılar ilkin sənədləri fevralın 17-si, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 25-i, saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026