14:24 - 21.01.2021
21 yanvar, Fineko/abc.az. 2021-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 252,5 min nəfər olmub.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 4 milyon 876,6 min nəfərini məşğul əhali təşkil edib.
Rəsmi işsizlərin sayı 375,9 min nəfər, işsizlik nisbəti 7,2% təşkil edib.
2020-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 684,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 917,8 min nəfər, qeyri-dövlət sektorunda isə 766,7 min nəfər təşkil edib.
Müəllif:Elmir Murad
28 İyul 2026