14:37 - 18.01.2021
18 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycanda ətdən, balıqdan və ya xərçəngkimilərdən, mollyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar üzrə 33 milyon 739 min dollarlıq idxal həyata keçirilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə bu qrup üzrə idxal 28 milyon 660 min dollar təşkil etmişdi.
Göründüyü kimi ötən il 2019-cu illə müqayisədə sözügedən məhsulların idxalında artım müşahidə olunub.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026