17:11 - 14.01.2021
14 yanvar, Fineko/abc.az. Magistraturaya qəbul imtahanlarının fevralda keçirilməsi üçün yanvar ayının 30-dək sənəd qəbulunu başlamalıyıq.
ABC.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, u, yanvarın 18-dən sonra ölkədə elan olunan qərardan asılıdır.
M.Abbaszadə bildirib ki, bu il abituriyentlərə iki dəfə şans veriləcək:
“Çalışacağıq ki, bu il qəbul imtahanları zamanı abituriyentlərə iki dəfə şans verək.
Mart ayında imkan olsa, iki mərhələli – həm yaz, həm də yay sessiyası təşkil olunacaq”.