17:12 - 7.01.2021
7 yanvar, Fineko/abc.az. Hazırda İtaliyaya gündəlik 10,5 milyon kubmetr Azərbaycan təbii qazı ixrac olunur.
ABC.AZ-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.
Nazir qeyd edib ki, “OPEC+” məhdudiyyətləri çərçivəsində neft hasilatımız keçən il 8,2 faiz azalıb.
"Amma, eyni zamanda, qaz hasilatı artıb və xüsusilə də qaz ixracı 16,9 faiz artaraq 13,8 milyard kubmetr təşkil edib. Bu artımın əsas səbəbi Cənub Qaz Dəhlizi olub. Siz qeyd etdiyiniz kimi, 2020-ci il dekabrın 31-dən ilk dəfə TAP vasitəsilə kommersiya qazının Avropaya nəqlinə başlanılıb. Hazırda, yəni, bu gün üçün İtaliyaya gündəlik 10,5 milyon kubmetr, Yunanıstana 2 milyon kubmetr, Bolqarıstana isə 1 milyon kubmetr qaz ixrac edilməkdədir”, - deyə nazir qeyd edib.
11 Avqust 2026
11 Avqust 2026