16:25 - 7.01.2021
7 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.
ABC.AZ-ın məlumatına görə, müşavirədə energetika naziri Pərviz Şahbazov xarici sərmayəyə əsaslanan külək elektrik stansiyası layihəsinin ildə 200 milyon kubmetr qaza qənaət olunmasını təmin edəcəyini vurğulayıb.
O qeyd edib ki, qanunvericilik bazasının təkmilləşdirilməsi çərçivəsində dörd yeni qanun layihəsi hazırlanıb. "Energetika sektorunun uzunmüddətli inkişaf strategiyasının layihəsi üzərində iş aparılır. Elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması ilə bağlı Sizin irəli sürdüyünüz vəzifənin icrası məqsədilə qeyd etdiyiniz kimi, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 meqavat külək elektrik stansiyasının tikintisi üzrə müqavilələr artıq imzalanıb. Xarici sərmayəyə əsaslanan bu layihə ildə 200 milyon kubmetr qaza qənaət olunmasını təmin edəcək" deyə nazir bildirib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026