14:58 - 6.01.2021
6 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ölkədə Aİ-92 benzini və dizel yanacağının qiyməti bahalaşıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq.
Məlumatda həmçinin bildirilir ki, tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin qarşısının alınması məqsədi ilə monitorinqlərin intensivliyi daha da artırılıb.
İstehlakçılar istehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər (tel:498-15-01, 498-15-04).
27 İyul 2026