17:30 - 5.01.2021
5 yanvar, Fineko/abc.az. Əfsuslar olsun ki, Mədəniyyət Nazirliyində kifayət qədər xoşagəlməz hallar mövcud idi, - hamısı üzə çıxdı.
ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yeni mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, bu pozuntuları buraxan insanlar məsuliyyətə cəlb olundular, o cümlədən cinayət məsuliyyətinə.
"Ona görə siz bütün bu pozuntularla bağlı ciddi mübarizə aparmalısınız. Mən sizə bu barədə göstərişlərimi artıq nazir müavini vəzifəsinə təyin edəndə vermişdim” deyə İ. Əliyev qeyd edib.