Azərbaycan bu ölkəyə 11 ayda 3,7 milyon dollarlıq mal satıb – Hesabat

11:41 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. Yanvar-noyabr aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, 11 ayda iki ölkə arasında ticarət dövriyyəsi 7,2 milyon dollar olub.

Bildirilir ki, 11 ay ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 3,5 milyon dollar olub.

Azərbaycandan Moldovaya isə 3,7 milyon dollar dəyərində məhsul ixrac olunub.