16:48 - 29.12.2020
29 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi yenidən sahibkarlara maliyyə dəstəyi göstəriləcək.
ABC.AZ-ın İqtisadiyyat Nazirliyinə istinadən məlumatına görə, maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində veriləcək.
Eyni zamanda, yeni qeydiyyatdan keçmiş müəssisələr də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlana bilərlər.
Belə ödəyicilər üçün müraciət forması əvvəlki kimidir.
8 Avqust 2026
8 Avqust 2026