14:41 - 29.12.2020
29 dekabr, Fineko/abc.az. Bu ilin 11 ayında (yanvar-noyabr) Azərbaycanın idxal etdiyi buğdanın həcmi açıqlanıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə ölkəyə 262,5 milyon ABŞ dolları dəyərində 1 milyon 225,6 min ton buğda idxal edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 57,2 milyon dollar və 262,1 min ton azdır. Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,7 %-ni təşkil edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026