17:08 - 28.12.2020
28 dekabr, Fineko/abc.az. Soçidə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsini müzakirə olunacaq.
ABC.AZ-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu kosovalı həmkarı ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, müzakirələrdə əsas məsələlərdən biri Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi olacaq.
"Birgə Mərkəzin vəzifəsi və fəaliyyəti müzakirə olunacaq. Cənubi Qafqazda atəşkəs, sabitlik və davamlı sülh BMT, ATƏT-in müvafiq qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır"- deyə M.Çavuşoğlu qeyd edib.
27 İyul 2026