14:27 - 28.12.2020
28 dekabr, Fineko/abc.az. Tezliklə işğaldan azad olunan torpaqlarımızda teleradio yayımına başlanacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad olunan ərazilərimizdə teleradio yayımını bərpa edəcək.
Qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026