10:04 - 28.12.2020
28 dekabr, Fineko/abc.az. Gələn ilin yanvarın 1-dən “WhatsApp” messenceri köhnə smartfonlarda işləməyəcək.
ABC.AZ xəbər verir ki, “WhatsApp” bəzi cihazlarla uyğunluğunu dayandıracaq.
Konkret olaraq əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dək yenilənməyən mobil cihazlar bu tətbiqdən məhrum olacaqlar. Bura “iPhone 4” və daha əvvəlki versiyalar daxildir.
Tətbiqin “iPhone 4S”, “iPhone 5”, “iPhone 5S”, “iPhone 5C”, “iPhone 6” və “iPhone 6S”i dəstəkləməsi üçün əməliyyat sisteminin iOS 9-a yenilənməsi lazımdır.