Gömrükçülər proqnozu üstələyib – 3,887 milyard manat rüsum toplayıb

12:18 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrük orqanlarının büdcəyə köçürmələri barədə açıqlama verib.

ABC.AZ-ın məlumatına görə, Komitə sədri Azərbaycanın gömrük orqanlarının 3,83 milyard manat olan ilik büdcə proqnozuna qarşı 3,887 milyard manat gömrük rüsumu və vergi toplayaraq dövlət büdcəsinə köçürdüyünü qeyd edib.

“Bununla da, proqnoza 101,5% əməl olunub”, - S.Mehdiyev deyib.

Müəllif: Elmir Murad