10:50 - 25.12.2020
25 dekabr, Fineko/abc.az. Cənubi Koreyanın avtomobil nəhəngi “SsangYong” şirkəti iflasın astanasındadır.
ABC.AZ-ın məlumatına görə, sözügedən şirkətin 55 milyon dollarlıq kredit borcu olduğundan artıq iflas üçün müraciət edib.
Bu şirkətin ilk maliyyə böhranı ilə üz-üzə qalması deyil. Belə ki, Koreya şirkəti bundan 10 il əvvəl də maliyyə çətinlikləri ilə rastlaşmışdı.
Həmin vaxtı Hindistanlı Mahindranın “SsangYong”-un 75%-ini satın alması ilə iflasdan xilas olmuşdu.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026