10:58 - 24.12.2020
24 dekabr, Fineko/abc.az. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxalına icazə verib.
ABC.AZ-ın məlumatına görə, bunu “Rosselxoznadzor”un rəhbərinin müavini Anton Karmazin deyib.
O qeyd edib ki, pomidor Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təminatı ilə Cənubi Afrika güvəsi aşkar edilməmiş Azərbaycan rayonlarından idxal ediləcək.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026