11:54 - 22.12.2020
22 dekabr, Fineko/abc.az. Çin bu gün göyərtəsində beş peyk olan “Çançjen-8” (CZ-8) adlı ən müasir raket daşıyıcısını uğurla orbitə çıxarıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Raketin Haynan əyalətindəki Vençan kosmodromundan həyata keçirildiyi qeyd olunur. Uçuşa başladıqdan 15 dəqiqədən sonra “CZ-8” 512 km yüksəklikdə heliosinxron orbitə çatıb. Orada raketdən beş peyk – bir sınaq aparatı və dörd xüsusi zond ayrılıb.
10 Avqust 2026