17:34 - 18.12.2020
18 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 6 milyard 227,2 milyon manat təşkil edib.
ABC.AZ-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu ötən ilin analoji dövrü ilə mqayisədə 25,8 faiz azalma deməkdir.
Sözügedən dövrdə üquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 685,1 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 624,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 215,1 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026