Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə edilən gəlir azalıb – Hesabat

17:30 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 6 227,2 milyon manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 % azalma deməkdir.

Sözügedən dövrdə hüquqi şəxslər tərəfindən əhaliyə 4 685,1 mln manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ni təşkil edib.