17:04 - 16.12.2020
16 dekabr, Fineko/abc.az. Rusiya sabahdan etibarən Azərbaycanın daha dörd müəssisəsinin pomidor idxal etməsinə icazə verib.
ABC.AZ xəbər verir ki, “Rosselxoznadzor” Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Azərbaycanın dörd müəssisəsinin Rusiyaya pomidor idxal etməsinə icazə verilməsini mümkün hesab etdiyini açıqlayıb.
Rusiyaya pomidor idxal etməsinə icazə verilən həmin müəssisələr Kürdəmir, Masallı, Salyan və Hacıqabul rayonlarında yerləşir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026